Gürcüstanda Azərbaycan vətəndaşı öldürülüb. ANS PRESS-i bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gürcüstanın Rustavi şəhəri yaxınlığında, Marneulinin Kirəcli-Muğanlı kəndində baş verib.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Nəriman Babək oğlu Mustafayev martın 22-də N.Mustafayev əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı dostu ilə birlikdə Azərbaycana gələrkən hücuma məruz qalıb. Bildirilir ki, hadisə baş verərkən Nəriman Mustafayevin yanında "Faxi" ləqəbilə tanınan dostu da olub
Onların olduğu maşına naməlum şəxslər hücum edib. Hücum nəticəsində avtomobildə olan Nəriman Mustafayev bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Avtomobildə olan 400 min dollar pul da oğurlanıb.
Qeyd edək ki, Nəriman Mustafayev Gürcüstanan dollar almaq üçün gedibmiş. O, qonşu ölkədən dostunun köməyi ilə ABŞ dolları alaraq geri qayıdırmış.


