
44 yaşlı Kruz mühafizəkar respublikaçılar arasında və Çay Partiyasında populyardır, Barak Obama administrasiyasını daima tənqid edir. O, tez-tez tibbi sığorta ilə bağlı islahatların əleyhinə çıxış edir. Mart ayında keçirilən sorğunun nəticələrinə görə, respublikaçı amerikalılar arasında ABŞ-ın keçmiş prezidenti Corc Buşun qardaşı Ceb Buşun populyarlığı (16 faiz) daha çoxdur, onun ardınca 13 faizlə Viskinsin ştatının qubernatoru Skott Uoker gəlir. ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək. (Modern.az)