CİA rəhbəri: “İran bunun ciddi nəticələri olacağının fərqindədir”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Brennan, Amerikanın “Fox Nevs” televiziyasına verdiyi müsahibədə, İŞİD-in dini ideologiya deyil, şiddət ideologiyası olduğunu bildirib. Dünya müsəlmanlarının İŞİD-in hərəkətlərini qəbul etmədiyinə və qınadığına diqqəti çəkən Brennan, bu radikal qrupun islam adından hərəkət etməsinə imkan verməyəcəklərni bildirib. İranın İraqda İŞİD-ə qarşı bəzi əməliyyatlara dəstək verməsiylə bağlı suala Brennanın cavabı belə olub: “Yaxın Şərqdə İŞİD-in varlığı həm ABŞ, həm də İranın maraqlarına təhdiddir”. 
 
“Ciddi əvəz və nəticələri olacaq”
 
Brennan, İranla aparılan nüvə danışıqları ilə bağlı sualları da cavablandırıb:  "Məncə, İran, danışıqların nəticəsiz olacağ təqdirdə bunun böyük əvəz və nəticələri olacağının fərqindədir",- deyə CİA rəhbəri bildirib. Brennan eyni zamanda, İranın nüvə silahı əldə etməsini önləmək üçün ABŞ-ın çox ciddi imkanlara malik olduğunu xatırladıb və anlaşmanın olmayacağı təqdirdə bunun məsuliyyətini İran tərəfinin daşıyacağını bildirib: "İran razılaşmadan yayınma qərarı versə, bunun məsuliyyətini özləri daşıyacaq”.
 
azadliq.info