Ukraynanın şərqində döyüşlər davam edir: 2 ölü, 7 yaralı

Ukraynadakı böhranın həlli üçün imzalanan Minsk razılaşmasına baxmayaraq, ölkənin şərqində yerləşən Donbasda qarşıdurmalar davam edir. Ukrayna ordusu, son 24 saat içində 2 təhlükəsizlik işçisinin həyatını itirdiyi, 7 nəfərin isə yaralandığı haqda məlumat yayıb. Ukrayna ordusundan verilən məlumatda, separatçıların son sutka ərzində Donetsk, Artemovsk, Luqansk və Mariupol istiqamətlərində top, havan topu, raketlərlə atəş açdığı bildirilir.
 
azadliq.info