Bakıda yaşayış binası yandı

Altıncı mərtəbədə baş vermiş yanğın saat 09:53-də söndürülüb
 
Bu səhər Bakı ətrafılnda yerləşən Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib. 
 
Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib. Xəbərə görə, yanğın binanın 6-cı mərtəbəsində yerləşən mənzillərin birində baş verib. 
 
Ümumi sahəsi 52 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın 20 kvadratmetr sahəni əhatə edib. 
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.