Günəşin tam tutulması belə görüntüləndi VİDEO

2015-ci ilin ən çox gözlənilən astronomik hadisəsi – tam Günəş tutulması baş verdi. Tam fazalı Günəş tutlmasının hərəkəti saat 13:09-da Atlantik okeanın Qrenlandiya tərəfindən başlayıb və saat 14:21-də Şimal qütbündə başa çatıb.
Ummuyyətlə, tutulma prosesi saat 11:40-da başlayıb, saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edib. Tam günəş tutulması Norveç dənizində – İslandiya ilə Norveç arasında müşahidə edilib.