Danimarka, Finlandiya və İsveç… Sosial sorğunun nəticələri üzə çıxarıb ki, bu üçlük Avropanın ən xoşbəxt ölkələridir. Daha dəqiq desək, bu ölkə vətəndaşlarının əksəriyyəti özlərini xoşbəxt sayırlar. Almanlar bu mənada onlardan bir qədər geri qalır. Sorğuda ən pis nəticəni göstərən isə bolqarlar olub. Nəticələr onu da ortaya qoyub ki, gənclər yaşlılara nisbətən özlərini daha xoşbəxt hiss edirlər. Qeyd edək ki, bu gün dünyada Xoşbəxtlik Günü kimi qeyd olunur.


