“Yeni Hayat” Şirkətlər Qrupunun Idarə Heyətinin sədri Fərid Əsədovun “Marja”ya verdiyi məlumata görə, müqavilə Bakı şəhərində A.Cəlilov 27A ünvanında yerləşən “Park Azure” yaşayış kompleksinin birinci mərtəbəsində “RAHAT” supermarketinin açılmasını nəzərdə tutur: “Biz artıq ”RAHAT" marketlər şəbəkəsi ilə müqaviləni imzalamışıq. Ilin sonunda “Park Azure” yaşayış kompleksinin birinci mərtəbəsində 4000 m2 sahədə “RAHAT” market fəaliyyətə başlayacaqdır".
“Park Azure” yaşayış kompleksi “Yeni Həyat” Şirkətlər Qrupu tərəfindən tikilir.
Bəzi iddialara görə, “Yeni Həyat” Şirkətlər Qrupu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayədarlığı altındadır. “ANC GROUP”a gəlincə, kommersiya hüquqi şəxslərin reyster məlumatlarında bu şirkətin qanuni təmsilçisi kimi Turan Özbahçeci adlı şəxs göstərilib. Məlumatlarda “ANC GROUP”un 2010-cu il aprelin 22-də qeydiyyata alındığı, nizamnamə kapitalının 3 milyon 841 min manat təşkil etdiyi göstərilir. Bəzi məlumatlara görə, “RAHAT” marketlər Prezident Administrasiyasının sabiq şöbə müdiri, hazırda Informasiya və Texnologiyalar Nazirliyindən çalışan, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanova məxsusdur. Elnur Aslanov adı “gülən şəbəkəsi”lə əlaqədə hallandırılan məmurlardandır. O, vaxtilə Ramiz Mehdiyevin köməkçisi olub.
Hazırda “RAHAT” marketlər şəbəkəsi 12 filialdan ibarətdir.


