Hüquq-mühafizə orqanlarında çalışanların “bayram pulu” kəsilib

Hüquq-mühafizə orqanlarında çalışanların “bayram pulu” kəsilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, daxili işlər, ədliyyə və prokurorluq orqanlarında ildə iki əmək haqqının iki misli həcmindən az olmayaraq əlavə pul verilir. Işçilər bunu “bayram pulları” adlandırır.
Işçilər bu pulları mart və oktyabr aylarında alır. Lakin bu dəfə işçilərə “bayram pulu” verilməyib. Onlara bildirilib ki, pul yoxdur. “Bizə deyirlər ki, bu məsələyə baxılacaq. Pul verilməməsinin səbəbini açıqlamırlar. Qeyd edim ki, bu, qanunvericilikdə də nəzərdə tutulur. Yəni, bu pulu bizə verməməklə faktiki olaraq qanuni pozmuş olurlar”, – deyə mənbəmiz bildirib.
Bəzi məlumatlara görə, “bayram pul”unun kəsilməsi böhranla bağlıdır.