ABŞ Fələstin dövlətini tanımağa hazırlaşır

Benyamin Netanyahunun parlament seçkilərində qələbəsi İsrail baş naziri ilə ABŞ prezidenti Barak Obamanın münasibətlərini bir qədər ağırlaşdırıb. "The New York Times" qəzetinin Ağ Evdəki mənbələrə istinadən yazdığına görə, bu, ABŞ-ın BMT TŞ-nın 1967-ci il sərhəddində Fələstin dövlətinin yaradılması ilə bağlı qətnaməsini dəstəkləməsinə gətirib çıxara bilər. 
Nəşr qeyd edir ki, Netanyahunu ABŞ dövlət katibi Con Kerri təbrik etsə də, Obama hələ bunu etməyib. Yazıda qeyd olunur ki, ABŞ-ın qətnaməni dəstəkləmsəi Netanhayu üçün “dəhşət” olar. 
Həmçinin Almaniya hökuməti də Fələstin dövləti ilə bağlı danışıqların bərpasına ümud edir. 
 
azadlıq.info