Fransız aktyor «Charlie Hebdo»ya görə cəza aldı

Tanınmış fransız yumor ustası Dedonne Mbala-Mbala terrora  haqq qazandırmaqda ittiham olunub və barəsində iki aylıq şərti cəza hökmü çıxarılıb. Yerli məhkəmə hesab edir ki, aktyor özünün «Facebook» hesabında «Özümü Şarli Kulibali kimi hiss edirəm» fikrini paylaşmaqla terrorçulardan birinə – Amedi Kulubaliyə dəstək vermiş olub. A.Kulibali Parisdəki jurnal redaksiyasına basqın edənlərdən biridir. Şarli isə terror zamanı ölən jurnalistlərdən birinin adıdır. D.Mbala-Mbala bu statusu məlum terrorla bağlı Parisdə yüzminlərin keçirdiyi etiraz aksiyasından dərhal sonra yazmışdı.  
Gültəkin