1964-cü ilin oktyabr ayında Nikita Xruşov məzuniyyətdən qayıtdı və daha SSRİ-yə rəhbərlik etmədiyini bildi. O vəzifədən ən çox etibar etdii Leonid Brejnev uzaqlaşdırmışdı. Eyni aqibəti Rusiya prezidenti Vladimir Putin də yaşaya bilər. Bu barədə «Putin sağ qalacaqmı?» hesabatında Stratfor analitik-araşdırma şirkətinin ekspertləri yazır.
Ekspertlər Rusiyanın hazırkı prezidentinin siyasi karyerasını necə qurduğunu və hakimiyyəə gəldiyini təsvir edir. Onların fikrincə, Putin məhz ona görə Yeltsinin davamçısı oldu ki, Kreml Kosovo müharibəsi zamanı Serbiyanı müharibə ilə hədələyən Qərbə qarşı dayana bilmədi. Yeltsin etiraz edir, lakin NATO və ABŞ-ı Rusiyanın mövqeyi maraqlandırmırdı.
Putin isə seçiləndən sonra orduda zəruri dəyişikliklər edəcək sərt hökmdar rolunu üzərinə götürdü. Ötən ilki hadisələrə qədər o bunun öhdəsindən gələ bilirdi. Ancaq ekspertlər Ukraynaya təcavüzü Putinin krbud səhvi hesab edirlər.
Yanukoviç qaçandan sonra Putin Ukraynanın şərgində üsyanın olacağını gözləyirdi. Ancaaq bu baş vermədi. Ona görə də Putin hərbi təcavüzə əl atdı, Krımı və Donbasda kiçin ərazini işğal etdi. Ancaq bununla Kiyevə təsirini itirdi.
Avropanın və ABŞ-ın Rusiyaya qarşı mövqeyini parçalamaq üçün Putinin ehtiyat variantı Ukraynadan və enerji şantajından istifadə etmək idi. Lakin Boinqin vurulması bu planları da darmadağın etdi. Avropa və ABŞ-ı bəlli oldu ki, Rusiya terrorçulara təyyarəni vurmaq üçün raket qurğuları verib. Ona görə də Qərbi parçalamaq mümkün olmadı.
Ekspertlər hesab edir ki, artıq Putinin taleyi həll olunub və onu Xruşovun taleyi gözləyir.
1964-cü ildə sovet lideri ABŞ-la münaqişəni özü üçün uğursuz baş vurdu. Ona görə də həmkarları onu vəzifədən kənarlaşdırdı.
Rusiyanın indiki durumu Xruşov vaxtından xeyli pisdir.
Ekspertlər hazırda müdafiə naziri Şoyqunun və Moskva meri Sobyaninin reytinqinin yüksək olduğunu olduğunu deyir. Həmçinin Kremldə baş qərərggah rəisi Sergey İvanov və Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev də çevriliş edə bilər.
Avropanın əksər liderləri də Putinin istefaya getməsini istəyir. Bu isə saray daxilindəki üsyançıların əlinə oynaya bilər.
azadlıq.info


