Bayramın ilk günü sulu qar və qar yağacaq

Bayram gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  Lent.az-a bildirib ki, bayram günü – martın 20-də ölkədə  hava şəraiti arabir yağıntılı olacaq. Bayramın ilk günü dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.