“The New York Times”dan Netanyahuya sərt ittihamlar

İsraildə seçki eybəcər hala gəldi
 

“İsraildəki seçki ölkənin qarşısında duran problemləri və ona rəhbərlik etmək istəyənlərin niyyətlərini ortaya çıxardı. Baş nazir Banjamin Netanyahu-nun Fələstin dövlətini rədd etməsi göstərdi ki, o, bütün israilliləri təmsil etmək hüququndan məhrum olunub”. “The New York Times” qəzetinin redaksiya məqaləsində belə deyilir:
 
“Onun son altı ildəki davranışı, Fələstin dövlətinin sərhədləri daxilinə düşən torpaqda israillilər üçün evlər tikməsi, danışıqlara heç vaxt ciddi yanaşmaması sülh sazişinə marağının olmadığını göstərirdi. Ancaq bu həftə verdiyi bəyanat fələstinlilərin şübhələrini təsdiqlədi. Bu bəyanat onun Prezident Barack Obama ilə zəhərlənmiş münasibətlərinin bərpasını da çətinləşdirəcək. Obama iki dövlətin iştirakıyla həll variantına tərəfdardır”.
 
Fələstinlilərlə sülh danışıqları Zionist Birliyinin seçki kampaniyasının mərkəzində durmasa da, cənab Herzog aydın şəkildə deyirdi ki, seçilsə, danışıqlara yenidən başlamağa çalışacaq… Cənab Netanyahu-nun isə konstruktiv idarəçilik üçün mötədil fraksiyalarla ümumi dil tapacağı çətin görünür”. (azadliq.org)