«Facebook» öz yenilikləri ilə istifadəçilərini təəccübləndirməkdə davam edir. Artıq «Facebook» vasitəsi ilə bu şəbəkədən istifadə edən istənilən adama pul köçürmək mümkün olacaq. Pulköçürmə əməliyyatı «Messenger»dən həyata keçiriləcək. Şəbəkədən yayılan rəsmi məlumatda bildirilir ki, xidmətdən ilk olaraq yaxın aylarda ABŞ vətəndaşları istifadə edəcək: «Bu gün biz «Messenger»ə yeni funksiya əlavə edirik. Bu funksiya insanlara rahat və təhlükəsiz şəkildə istədiyi dostuna pul göndərmək və ya dostundan pul almaq imkanı qazandıracaq».
Pulköçürmə əməliyyatını «Visa» və «MasterCard» vasitəsilə reallaşdırmaq olar. Pul göndərmək üçün əvvəlcə dollar işarəsinə – $ basıb məbləği göstərir, sonra da «Pay» düyməsinə basıb pulu göndəririsən. Göndərilən məbləğ ünvana 1-3 iş günü ərzində çatacaq.
Gültəkin


