Ağ Evə – ABŞ prezidenti Barak Obamanın adına gələn məktubların birindən zəhərli maddə – sionid turşusu çıxıb. Bu barədə Məxfi Xidmətin rəsmisi Brayan Liri məlumat verib. Onun sözlərinə görə, xoşbəxtlikdən Ağ Evin zərfi açan əməkdaşı heç bir xəsarət almayıb. Zərfin içindəki maddənin nə olduğunu öyrənmək üçün bioloji test və kimyəvi analiz aparılıb. Hazırda xüsusi-xidmət orqanları insidenti araşdırmaqda davam edirlər.
Məlumata görə, məktubun üzərindəki ünvanda adı göstərilən şəxs uzun müddətdən bəri Məxfi Xidmətin «qara siyahısındadır». Həmin şəxs 1995-ci ildə Ağ Evə nəcis yaxılmış zərf göndərmişdi.
Qeyd edək ki, sionid güclü zəhərli tərkibə malik turşudur. Təbii sioniddən əsasən kənd təsərrüfatında gəmiriciləri öldürmək, həmçinin dərman hazırlamaq üçün istifadə olunur.
Gültəkin


