İsraildə martın 17-də keçirilən parlament seçkilərinin nəticələri məlum olub. Səslərin 23,27 faizini alan “Likud” partiyası seçkiləri öndə tamamlayıb. İsrail Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, seçicilərin 71,8 faizi səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr belədir: Səslərin 23,27-ni qazanan baş nazir Netanyahunun lideri olduğu Likud partiyası Knessetdə (Məclis) 29 mandat qazanıb. "Sionist Birlik" bloku isə seçicilərin 18,73 faizinin səsini qazanaraq Knessetdə 24 yer qazana bilib.
Seçkinin nəticələrinə görə parlamentdə təmsilçilik alan partiyalar bunlardır:
"Likud” 29 yer, “Sionist Birlik” 24, yer, “Birləşmiş Ərəb siyahısı” 14 yer, “Yeş Atid” 11 yer, “KULANUI” 10 yer, “HaBayit HaYehudi” 8 yer, “Şas” 7 yer, “Birləşmiş Tora Yəhudiliyi” 7 yer, “Yisrael Beitenu” 6 yer, “Meretz” 4 yer.


