Baş prkurorluğun “xidməti qanunsuzluğu”

Vətəndaşların şikayətlərinin qeydə alınmaması qanunsuz sayılmır

 
Vətəndaşların müraciətlərinə baxılmaması, əksinə, əsas insan və vətəndaş hüquq və azadlıqlarından sayılan müraciət etmək hüququna çeşidli yollarla qadağa qoyulması, bu hüquqdan yararlanmaq istəyində olanların cəzalandırılması(??) ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının acınacaqlı durumunun göstəricisidir.
Gündən-günə artan “qaynar xəttlər”in, “Çağrı” mərkəzlərinin, digər “asan” müraciət xidmətlərinin isə “gözdən demokratiya pərdəsi asmaqdan” başqa bir şey olmadığını sözügedən nömrələrə bircə yol müraciət etməklə anlamaq olar.Elə baş prokurorluğun yanında korrupsiyaya qarşı mübarizə idarəsinin 161 “Qaynar xətti”nə ən azı yarım saatlıq “əsəb qaynartısı”ndan sonra bağlanmaq “hüququ” hər şeyi deyir. Amma bu da son deyil. “Qaynar xətt”in o başından vətəndaşın başına elə “soyuq duş” yağdırılır ki!?.
29 yanvar 2015-ci ildə 161 “Qaynar xətti”nin adını deməkdən imtina edən növbətçi prokuroru Ədliyyə Nazirliyinin icra şöbələrinin borclular Nizami RIH və Əmlak Məsələləri Dövlət Komitəsinin rüşvətilə məhkəmə aktının icrasına qadağa qoymasından, hətta icranın konkret ünvana yönəldilməsi barədə Xətai Rayon Məhkəməsinin 21.06.2011 tarixli qətnaməsini və bu qətnamə əsasında verilən icra sənədini 4 ildir gizlədilməsindən tələbkarın şikayətini qeydə almaqdan imtina edib ki, dövlət qurumlarına qarşı şikayətləri qeydə almağa ixtiyarı yoxdur(???). Telefonu anında qapadıb, bir daha qaldırmayan növbətçi prokuroun hərəkətindən baş prokurorluğun özünün 4925540 “qaynar xətt”inə edilən şikayətin də “bəxtinə” qeydə alınmamaq “taleyi” yazılıb. Yenə də adını deməyən növbətçi prokuror onların işinin şikayəti qeydə almaq yox, izah etmək olduğunu bildirib. Vətəndaşın etik davranış qaydalarının pozulmasından baş prokurorun özünə elektron müraciətinə təşkilat-analitik idarənin rəis müavini, baş ədliyyə müşaviri Rauf Zeynalov 35 gündən sonra “xidməti məntiqsizliklə” cavab verib: “29.01.2015-ci ildə 161 ”Qaynar xətt" əlaqə mərkəzinə və 492-55-40 nömrəsinə zəng vuraraq edilən şikayətin özünü təqdim etməyən növbətçi prokurorların qeydə almayaraq etik davranış qaydalarını pozub telefonu qapatmalarından ərizəyə baş prokurorluqda baxılmışdır.
Aparılan xidməti araşdırma ilə növbətçi prokurorluq əməkdaşlarının hər hansı bir qanunsuz hərəkətə yol verməsi müəyyən edilməmişdir".
Belə çıxır, şikayətin qeydə alınmaması, etik davranış qaydalarının pozulması, növbətçinin adını gizlətməsi QANUNDUR? Fikrimizcə, özgə anlatmaya, əlavə izaha ehtiyac yoxdur.
M.Ağsu