Pomidor və xiyar əsasən Irandan gətirilir. Iran Astarasında pomidorun bir kiloqramı 40-50, xiyarın bir kiloqramı 30-40 qəpik olduğu halda Azərbaycan Astarasında bu məhsulların qiymətləri 2 manat, 2 manat 50 qəpiyə qalxıb. Satıcılar deyir ki, qiymətləri topdansatış bazaları müəyyənləşdirir. Irandan gətirilən kənd təsərrüfatı məhsulları Bakıya aparılır və oradan respublika ərazisinə paylanır.
Sərhədyanı ərazilərdə xırda ticarətlə məşğul olanlar da Irandan piyada yol ilə, az da olsa, kənd təsərrüfatı məhsulları gətirirlər. Son günlərdə daha çox bahalaşmaya məruz qalan məhsulların Azərbaycana gətirilməsində problemlər yaşanır. Maneələrin olduğu bildirilir. Astara Gömrük Idarəsi bunun səbəbini göstərmir və hər hansı açıqlama vermir.
Sərhədyanı ticarətlə məşğul olan ÿFayıq Cəfərzadəÿ deyir ki, əhali Novruz bayramını keçirtmək üçün son qəpiyini xərcləyir. Monopolistlər isə fürsətdən istifadə edib daha çox qazanmaq istəyirlər:
“Xiyar və pomidor zəruri ərzaq məhsulları hesab olunmur. Ölkəyə də bir ziyanı yoxdur. Lakin gömrükdə əyləşən monopolist əraziyə məhsulun gətirməsinə imkan vermir”.


