Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb. Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan Investisiya Forumunda çıxışı zamanı deyib.
ÿOnun sözlərinə görə, dünyada böhranların sıxlığının artması, əhatəsinin genişlənməsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi, Azərbaycanın da qarşısında çağırışlar qoyur.
Iqtisadçı-ekspert Samir Əliyev söyləyir ki, neftin qiyməti artdıqca, ölkəyə neftdən gələn gəlirlərin fonunda valyuta ehtiyatları da artır. Lakin neft ucuzlaşdıqca manata təzyiqlər artır. Hazırda neftin dünya bazarında qiymətinin ucuzlaşması ölkəyə neft gəlirlərinin azalmasına və manata təzyiqlərin artmasına səbəb olub:
“Indi devalvasiyaya gedildiyi bir dövrdə manatın taleyi yenə də neftin qiymətindən asılı olacaq. Neftin qiyməti 70-80 dollara və ya daha yüksək səviyyəyə qalxarsa, bu halda manat sabitləşəcək və hətta dollara münasibətdə bahalaşa bilər. Neftin qiyməti 30-40 dollara düşərsə, bu zaman Azərbaycanda ikinci devalvasiya qaçılmazdır”.
Ekspertə görə ilin sonuna doğru yumşaq bir devalvasiya müşahidə ediləcək və manat dollara nisbətdə az da olsa dəyərini itirəcək.
Nigar


