Obama Əsədi istefaya çağırdı

Suriya diktatoru isə atasının illər öncə etdiyini təkrarladı

 

Suriyada Əsəd rejiminə qarşı etirazları yatırmaq məqsədiylə hökumət qüvvələrinin qanlı əməliyyatları davam edir. Ordu bazar günü ələ keçirdiyi Cizr əl Şuhur qəsəbəsi ətrafında yenidən nəzarət təmin etmək məqsədi ilə əməliyyatları artırıb. Əsəd rejiminin əlindən canını qurtararaq Türkiyəyə sığınan suriyalı qaçqınların sayı 8 mini ötüb.

 

Türkiyəyə qaçar suriyalı qaçqınlar və hələ Suriya ərazisində olan fəallar hərbi birləşmələrin Cizr əl Şuhur qəsəbəsinin şərq və şimalındakı kəndlərə hücumlar etdiyini bildirib. Təhülkəsizlik qüvvələri bu bölgələrin dünyayla əlaqəsini kəsib. Şahidlərin sözlərinə görə, əsgərlər bölgəni yandırarır, heyvanları məhv edirlər.

Əbi Ali kimi özünü təqdim edən şahid “Associated Press” agentliyinə baş verən hadisələr barədə bunları deyib:“Cizr əl Şuhur şəhəri xəritdən silinib. Əsədin tərəfdarları, əsgərlər, polis və digərləri öz əmrlərinə kor-koranə uyğun gəlməyən hər kəsi öldürür. Üç məscid top atəşinə tutulub. Əsgərlər sanki xarici bir ölkəni işğal edirlər kimi davranaraq insanlarla barbarcasına davranırlar”,

Bu arada ABŞ prezidenti Barak Obama Bəşər Əsədi demokratik islahatların keçirilməsindən imtina edəcəyi təqdirdə istefa verməyə çağırıb. Bunu Ağ evin mətbuat katibi Cey Karni deyib.

ABŞ rəhbərliyi Suriyanın təhlükəsizlik zidmətləri tərəfindən hökumət əleyhinə dinc aksiyaların dağıdılmasını qətiyyətlə pisləyib.

İnformasiya şöbəsi