Qızıl ucuzlaşır

Qızıl qiymətləri yenidən kəskin düşməyə başlayıb. Beynəlxalq bazarlarda qızılın unsiyası 1144,80 dollar ilə son 3,5 ayın ən aşağı səviyyəsinə enib. İnvestorlar Fedin sabahkı həlledici görüşünü gözləyir. İclasda Fedin faiz artımına dair mesajları yaxından təqib ediləcək. Digər tərəfdən, bir digər qiymətli metal platinyumun qiyməti də 1101 dollarla 5,5 ilin ən aşağı səviyyəsini görüb.