Nemtsovun işi üzrə saxlanılanlar istintaqı «boykot» etdi

Boris Nemtsovun işi üzrə saxlanılanların hamısı (Zaur Dadayev, Anzor Qubaşov, Həmzət Baxayev, Tamerlan Əskərxanov və Şahit Qubaşov) istintaqla əməkdaşlıq etməkdən imtina ediblər. Bu barədə «İnterfaks» məlumatlı mənbəyə istinadən xəbər yayıb. Mənbənin dediyinə görə, ilkin mərhələdə yalnız Dadayev istintaqla əməkdaşlıq edirdi. Amma artıq o da bundan imtina edib. Dadayev həmçinin bundan sonra etirafedici ifadələr verməyəcəyini də bildirib. Mənbə onu da əlavə edib ki, saxlanılanlardan bir neçəsi Rusiya Konstitusiyasının 51-ci maddəsindəki hüquqdan istifadə edərək suallara ümumiyyətlə cavab vermir.
 
Qeyd edək ki, Dadayev, Baxayev, A.Qubaşov və Əskərxanov qətldə və qanunsuz silah saxlamaqda ittiham olunur. Hər dörd şəxs günahsız olduğunu bildirir. Vəkili martın 16-da bəyan edib ki, Dadayev qətl günü hadisənin baş verdiyi ərazidə olmayıb. Və onlarda bunu təsdiq edəcək dəlillər var. Şahit Qubaşova gəlincə, onun nədə ittiham olunduğu hələlik bilinmir.
 
Gültəkin