Üzvləri amerikalı olan “İpək yolu” qrupu ABŞ-da Azərbaycan rəqslərini ifa edir. ANS TV-nin məlumatına görə, ABŞ-ın “İpək Yolu” ansamblı 1995-ci ildə yaradılıb və elə bu vaxtdan da başlayaraq Birləşmiş Ştatlarda keçirilən Novruz şənliklərində Azərbaycan rəqslərini ifa edir. Ağ evdə keçirilən Novruz şənliyində qrupun “Nəlbəki” rəqsini seçmələri isə təsadüfi olmayıb. Çünki ansamblın rənbəri Lorel Viktorya Qreydi və üzvlərinin "Nəlbəki"nin Ağ evdə oynanla biləcək ən gözəl rəqs olduğuna qərar veriblər.
Qrupun repertuarı isə Azərbaycan rəqsləri ilə məhdudlaşmır. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya ölkələri, Qafqaz xalqlarının milli rəqsləri daxildir.
Qrupun üzvü Lora Kerrinin zəngin repertuarları arasında ən sevdiyi Azərbaycan rəqsləridir. Bir neçə il Bakıda yaşaması ona rəqslərimizə sevgi oyadıb.
Lora Kerri ən sevdiyi rəqsin “Vağzalı” və “Mirzəyi” olduğunu deyir. Çünki bu rəqslərdə lirika var və qonaqpərvərliyi nümayiş etdirir. O qeyd etdi ki, “Arşın Mal alan” operettasından da bir hissəni sevə-sevə oynayırlar.
Rəqs ansamblının bütün üzvlərinin amerikalı olmasına baxmayaraq, tamamilə başqa mədəniyyətin rəqsləriini ifa etmələri isə onlara çətin deyil. Qrupun ən bəyəndiyi və sevə-sevə oynadıqları rəqslərdən biri də “Sarı gəlindir”. Yekaterina Nekruq “Sarı gəlini” ona görə çox sevir ki, bu rəqsdə toy-evlənmə mədəniyyəti var.
“İpək Yolu” rəqs qrupu artıq bir neçə ildir ki, Birləşmiş Ştatlarda keçirilən Şərq ölkələrinin müxtəlif şənliklərdə çıxış edir. Ansambl bir neçə mükafata da layiq görülüb.