Bu yeyinti məhsullarının idxalı 2 dəfədən çox artıb

Azərbaycana yeyinti məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin Yanvar-Fevral aylarında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35.82% artaraq 220,9 milyon dollar təşkil edib.
 
Yeyinti məhsullarının idxalının yarısını və ya 109,015 milyon dollarını buğda idxalı təşkil edib.
 
Bu ilin Yanvar Fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,45 dəfə artaraq 3,95 milyon dollar, meyvə-tərəvəz idxalı 2,18 dəfə artaraq 11,82 milyon dollar,  buğda idxalı 2,11 dəfə artaraq 109,015 milyon dollar, kərə yağı idxalı 1,65 dəfə artaraq 4,88 milyon dollar, süd idxalı 8,9% artaraq 1,33 milyon dollar təşkil edib. Bitki və heyvan mənşəli yağların və şəkərin idxalı isə azalıb.
 

Malların adı

2014-cü ilin ilk 2 ayı ərzində

2015-ci ilin ilk 2 ayı ərzində

2015-ci ilin ilk 2 ayının ümumi idxalına nisbətən %-lə

2014-cü ilin ilk 2 ayının idxalına nisbətən %-lə

Cəmi yeyinti məhsulları

162 634.33

220 884.16

12.94

135.82

Ət

1 609.96

3 946.02

0.23

245.10

Süd

1 217.72

1 326.25

0.08

108.91

Kərə yağı

2 950.08

4 884.50

0.29

165.57

Meyvə-tərəvəz

5 406.16

11 823.45

0.69

218.70

Buğda

51 542.47

109 015.43

6.39

211.51

Bitki və heyvan mənşəli piylər və yağlar

18 582.64

17 250.92

1.01

92.83

Şəkər

26 817.51

13 650.36

0.80

50.90