Polşa prezidenti də Moskvaya getməyəcək

Polşa prezidenti Bronislav Komorovski Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək parada qatılmayacaq. Bu barədə Polşa dövlət televiziyası xəbər yayıb.
 
“İndiki vəziyyətdə bayram tədbirlərində iştirakım mümkün deyil. Çünki bizim üçün Ukraynada zorakılığın davam etməsi qəbuledilməzdir”, – deyə B. Komorovski bildirib.
 
Qeyd edək ki, Avropa Birliyinin sədri Donald Tusk və Almaniya kansleri Angela Merkel də parada qatılmayacaqlarını bildiriblər.