AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, birinci qrup əlil Asif Yusiflinin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Nərimanov rayon məhkəməsinə vəsatət verilib. Bu barədə “Azadlıq” qəzetinə Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Yaxın günlərdə məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.


