
Dünya heyrətləndi! Çinlilər bunu da bacardılar
Çin, ağıllı telefon, planşet və ağıllı saat sahəsindən sonra tikinti sahəsinə də əl atıb. Göydələn istehsalını da fabrik üsulu ilə həyata keçirən Çin şirkətləri 57 mərtəbli bir göydələni 19 günə inşa ediblər.
Çinin Hunan əyalətinin paytaxtı Çangşada tikilən göydələndə 800 mənzil var. Bina həmçinin 4 min nəfərlik ofisə və 220 mağazaya malikdir.
GÜNDƏLİK İKİ MƏRTƏBƏDƏN ÜÇ KEÇDİ
Göydələnin bu qısa müddətdə inşa edilməsi çaşqınlığa səbəb olub. Eyni zamanda binanın nə qədər təhlükəsiz olduğu barədə mübahisələr də yaradıb. Çinin bir inşaat şirkəti bundan əvvəl 30 mərtəbəli binanı 15 gündə inşa etmişdi.
19 günə 57 mərtəbəli binanı tikmək üçün hər gün 3 mərtəbə inşa edilib.