
MHM Azərbaycanın dövlət qurumlarının rəhbərliyinin qəbulu üzrə vətəndaşların qeydiyyatı üçün elektron platforma hazırlayıb.
Mərkəzdən bildiriblər ki, hazırda platformanın tətbiqi sahəsinin müəyyənləşdirilməsi üzrə işlər aparılır: "Yeni elektron xidmət ilkin mərhələdə vətəndaşlara yerli icra hakimiyyəti strukturlarının rəhbərliyinin qəbuluna yazılmağa imkan verəcək, gələcəkdə isə digər dövlət qurumlarını da əhatə edəcək".
MHM-dən elektron xidmətlər portalında istifadəçilər üçün əlçatan olacaq yeniliklər arasında rəsmi yazışmanın tətbiqi, ərizə və şikayətlərin göndərilməsi, "şəxsi kabinet"İn açılmasını qeyd ediblər.
Bu ilk baxışdan müsbət qərardır. Lakin dövlət qurumlarının saytlarına nəzər salanda elektor fəaliyyətin ürəkaçan olmadığını görmək olur. Bəzi saytlar aylarla yenilənmir. Belə olan halda şikayətçilərin məmurların qəbuluna düşməsinin nə qədər çətin olacağını indidən demək olar. Əslində bu qərar vətəndaşların işini asanlaşdırmaqdan çox onlardan can qurtarmağa xidmət edir. Aylarla nazirlik qapısında dayanıb qəbula düşmək istəyən vətəndaş bundan sonra elektron müraciət edib qəbula düşəcəyini evində gözləməli olacaq. Bu da vətəndaşların vəziyyətinə müsbət təsir etməsə də, məmurların qulağının dinc olmasına gətirib çıxaracaq. Bununla da məmurlar növbəti dəfə öz mənafelərinə xidmət edəcək addım atmış olub.