Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Sirac Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Musavat.com-un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən təqsirləndirilən Sirac Kərimova 8 il azadlıqdan məhrumetmə cəzası kəsməsini istəyib. Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Sirac Kərimli keçən il iyul ayında Daxili İşlər Nazirliyinin Narkotikə Qarşı Baş İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham edilib.
Onu da qeyd edək ki, Sirac Kərimovun qardaşı Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimov da eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.


