ÇL: PSJ və “Bavariya” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib. Bu gecə keçirilən iki matçla daha iki 1/4 finalçının adı bəlli olub.

“Çesli” Londonda PSJ-ni qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bü oyuna maraq böyük idi. PSJ oyunun əvvəllərindən İbrahimoviçin qırmızı kart alması ilə 10 nəfərlə oynamalı olub. Buna baxmayaraq komanda yüksək əzmkarlıq və yaxşı oyun göstərə bilib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əsas vaxta əlavə edilmiş 30 dəqiqədə də komandalar hərəyə 1 qol vurublar – 2:2. Səfərdə iki qol vurduğu üçün 1/4 finala PSJ adlayıb.

Digər görüşdə “Şaxtyor” (Donetsk) “Bavariya”nın qonağı olub. Almaniya klubu rəqibin qapısından 7 cavabsız top keçirib və 1/4 finala adlayıb. İlk oyun qolsuz heç-heçə ilə bitmişdi.