Bananın topdan satışı ilə məşğul olan şəxslər qiyməti artırıblar. “Marja”nın mağaza sahiblərindən əldə etdiyi məlumata görə, bu gün 18 kiloqramlıq banan qutusu 45 manatdan satılıb. “Əvvəllər bir qutu bananı 36-37 manata alırdıq. Dünən 43 manata, bu gün isə 45 manata aldıq”. Artıq pərakəndə ticarətdə bananın kiloqramı 2 manat 70 qəpiyə satılır. Qeyd edək ki, bananın qiymətinin 37 manatdan 45 manata yüksəlməsi təxminən 22% artıma bərabər gəlir. Bananın xaricdən gətirildiyini nəzərə alsaq qiymət artımının devalvasiya göstəricisinə, yəni 34%-ə çatacağı gözlənilir. Topdansatış şirkətləri qiymətləri mərhələli şəkildə artırmaq yolunu seçiblər.


