Avropa Birliyi ölkələrinin vahid ordu yaratması təklifini ötən bazar günü Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker irəli sürüb. Yunker hesab edir ki, bu halda Avropanın üzv ölkələrdə, eləcə də qonşu dövlətlərdə sülhə təhlükə yaradan addımlara daha qətiyyətli cavab vermək imkanı olacaq. Üstəlik bu ordu Rusiyaya başa salacaq ki, Qərb Avropa Birliyi dəyərlərinin təminatına çox ciddi yanaşır. Təklifi Almaniya kansleri Angela Merkel və ölkənin Xarici işlər naziri Frank-Valter Ştaynmayer də dəstəkləyib. Avrokomissiyadan isə bildiriblər ki, iyun sammitində bu məsələyə baxılacaq.
Təşəbbüsü hiddətlə qarşılayan Rusiya isə Avrokomissiyadan vahid ordu ilə bağlı izahat tələb edib.
Gültəkin