15 mart mitinqinə qarşı informasiya təxribatı

Milli Şuranın 15 mart mitinqinə qarşı təxribata yol verilib. Facebook-da və bəzi saytlarda Bakı Şəhər İcra Hakimiyyətinin iactimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə 15 mart mitinqinə razılıq verilmədiyinə dair məktub yayılıb.

Bunun nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı ilə əlaqə saxladıq. Qəhrəmanlı bildirdi ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb. Zaur Ramazanov deyib ki, onun imzası ilə yayılan həmin məktub saxtadır. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək. BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb.

azadliq.info