Bizə kommunal korrupsiya yox, fundamental səviyyədə olan antikorrupsiya tədbirləri lazımdır
İctimai Palatanın Korrupsiya Komissiyasının keçirdiyi dəyirmi masada iqtisadçı Məhəmməd Talıblının məruzəsi:
Öncə onu bildirim ki, korrupsiyaya yanaşmada müxtəlif fikirlər və rəylər ola bilər. Bizim rəyimiz isə belədir ki, korrupsiya haqqında cəmiyyətdə müxtəlif müzakirələr gedirsə, hətta hakim dairə bununla bağlı mübarizəni özünün yaxın hədəfləri hesab edib cəmiyyətə sübut etmək istəyirsə ki, cəmiyyətdə onunla bağlı antikorrupsiya tədbirləri həyata keçirilir, onda bununla bağlı müxtəlif qurumların fərqli nöqteyi-nəzərləri ilə tanış olmağa dəyər.
Fərqli müzakirələrdə rüşvətlə korrupsiyanın leksik və miqyas fərqləri nəzərə alınmadan bəzən eyniləşdirilir. Bunun hüquqi mahiyyəti bir yana, onun sərhədlərini mütləq mənada fərqləndirmək lazımdır. Rüşvət haqqında ilkin təsəvvürlər aydındır və o korrupsiyanın bir növü kimi çıxış edir, amma korrupsiya daha ciddi fenomen hesab olunur. Belə ki, korrupsiya yalnız rüşvətin alınması və verilməsi, xidmətlərin satınalınması deyil, yaxınlara, dostlara edilən protesionist halların hamısı korrupsiya təzühürü hesab olunur. Bizdə niyə bu mövzu daha çox ictimai xarakter
kəsb edir? Fikrimcə, bunun çoxlu sayda səbəbləri var, amma bunlardan biridə Azərbaycan Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında davamlı olaraq aşağı yerləri bölüşən Nigeriya, Banqladeş kimi ölkələrlə qonşuluq etməsidir. Əgər korrupsiyanın qavrama indekslərinə görə belə reytinq göstəricilərində biabrçı yerləri tutursa, onda bu mövqelər ölkədə korrupsiyanın azalmasını deyil, artması haqqında danışmağı zəruri edir. Azərbaycanda korrupsiyanın yaranma səbəbləri və onun meydana çıxardığı nəticələri bir neçə aspektdən yanaşmaq lazımdır.
Korrupsiya idaəetmə prinsipinə çevrilib
Korrupsiya bizdə idaəetmə prinsipinə çevrilib. Yəni idarəetəməni korrupsiya piramidasız təsəvvür mümkün deyildir.Yəni qərarların qəbulunda və subordinasiyaların müəyyənləşməsində, iyerarxik quruluşun formalaşmasında korrupsiya aparıcı bir həlqə təşkil etməkdədir. Yəni idarəetməni korrupsiyasız, korrupsiyanının özünün isə idarəedilmədən mövcudluğuna inanmaq mümkün deyil.O baxımdan korrupsiya bizdə sistem halın alıb. İdarəetməni dəyişmədən sistemi,sistemi dəyişmədən isə korrupsiyanın kökün kəsmək vəya onu hədsiz sürətdə səviyyəsin aşağı salmaq mümkün deyildir. O baxımdan korrupsiya bizdə hansısa idarəetmədəki ortaya çıxan neqativlik deyil, o daha çox sistem problemidir. Ona görə, belə sistemlərdə antikorrupsiyanın real nəticələrindən və sosial gözləntilərdindən danışmağa dəyməz. Demək ki, sistem dəyişikliyi baş vermədən korrupsiyaya münasibət və onun antikorrupsion metodlar hesabına həll edilməsindən danışmaq mümkün olmayacaq.
Korrupsiya saxta hakimiyyət qolları formalaşdırır. Əgər ölkədə saxta və təyinatlı seçkilər keçirilirsə, onda antikorrupsiya tədbirlərinə elə birinci olaraq oradan başlamaq lazımdır. Çünki, hakimiyyət budaqları legitim formalaşamayacaqsa, onda onların qəbul etdiyi legitim qərarlardan və onun effektivliyindən danışmağada dəyməyəcək. O baxımdan korrupsiya hakimiyyətlərin legitimliyini şübhə altına alan çox ciddi faktordur. Əgər hökumətdə korrupsiya və özbaşınaçılıq birləşibsə, bu siyasi və iqtisadi islahatları qeyri-legitimləşdirəcək.
Saxta seçki korrupsiyaya geniş imkanlar açır
Azərbaycanda saxta seçki təyinatları bu baxımdan korrupsiyanın daha ciddi vüsət aldığını ortaya qoymuş olur.
Korrupsiya islahatların qarşısını alan və onu tormozlayan faktordur. Tədqiqatlar göstərir ki, korrupsiya iqtisadi artıma və məhsuldarlığa mənfi təsir göstərir. Bəzilərimizə elə gəlir ki, antikorrupsiya tədbirləri kiminsə varlanmasının qarşısını kəsməkdir. Amma o, əslində büdcəyə getməli olan gəlirlərdən, tenderlərdə qalib gələn şirkətlərin mənfəətlərindən əldə edilən qeyri-qanuni ödənişlərdir. Nəticədə şirkətlər onu istehlakçılara, sadə vətəndaşlara satdıqları mal və xidmətdən onu alır. Dövlətdən yayınan həmin korrupsiya pulları isə hər bir qoca baba və nənələrimizə, tələbələrimizə verilən təqaüdün verilmsiınınə, büdcə təşkilatlarında çalışanların əməkhaqqlarının artırılmasına mane olur. Korrupsiyanın belə kök atdığı sistemlərdə sosial və iqtiadi islahatlar olmur, o sistemdə böyük pullar dövriyyəsi mümkün olur, amma bu pullar vətəndaşların həyatlarına müsbət təsir etməyən pullardır.
Korrupsiya təkcə məmurlara verilən rüşvət deyil
Korrupsiya əməlləri eyni zamanda bir dəfəlik məmurlara verilən rüşvət də deyil. Çünki, o bununla məhdudlaşmır, onu verən şəxs daha artıq miqdarda maraqlarını qorumaq və daha yüksək dairələrə öz iradəsini yeritmək istəyəyək. Bu iradənin geniş vüsət alması və bu tendensiyanın dərinləşməsi isə sonda dövləti idarəedənlərin əslində özlərinin idarəolunan olmasını ifadə etmiş olur. Hansı ölkədə ki, iqtisadi resurslar üzərində korrupsiya faktoru hakim kəsilib,orada iqtisadi artımdan və islahatlardan danışmaq mümkün deyildir. Əgər fundamental münasibətlər və idarəetmə sistemi korrupsiya piramidasına istinad olunursa, həmin iqtisadiyyatda heç bir standart makroiqtisadi reseptlər uğur qazanmayacaq. Ona görə inkişaf üçün ilk öncə islahatların önü açılmalıdır. Bizdə isə sosial-iqtisadi islahatlar olduqca ciddi “şlaqbaumlar” hələdə qalmaqdadır.
Bizdə korrupsiya “mədəniyyətinin” formalaşması prosesi gedir. Əgər ölkədə korrupsiyanın miqyası güclüdürsə, onda korrupsiya ilə bağlı ifadələr, terminlər meydana çıxacaq.
Mən təklif edirəm ki,bizdə vergi növlərinə biridə daxil edilsin – “Korrupsiya vergisi”. Təbii ki, bu ironik təklifdr, amma burası hər kəsə məlumdur ki, ölkədə leqal vergi ödənişlərindən əlavə qeyri-qanuni vergilər də sahibkarlardan alınır. Yəni sistemdə yer alan və idarəetmə pilləsində əhəmiyyətli rola malik şəxslərin hər birinin bu “vergidə” payı var. Bu sistemi idarəedən və onu uzunömürlü edəndə məhz, elə sistem daxilində subyektlərin bir-birinə bağlanan korrupsiya tellərinin olmasıdır. İndiki hakimiyyət təmsiçilərinin vəzifədən beşəlli yapışmasının əsas səbəbələrindən biridə korrupsiya faktorunun sistem daxilində bağlantı funksiyasını oynamasıdır. Yəni, İcra Hakimi olmaq üçün rüşvət verən onu yerinə qaytarması üçün korrupsiyanın çiçəkləndirilməsində maraqlı olmalı, nəyin hesabına olursa olsun öz kürsüsüsn qoruyacaq, rayonu qorxu içərisində saxlayacaq, repressiv metodlardan istifadə edəcək, zorun hakim olmasında maraqlı olacaq ki, sonda verdiyi rüşvəti çıxara bilsin. Belə sistemlərdə qarşılıqlı etimaddan deyil, qarşılıqlı asıllıqdan danışmaq daha çox yerinə düşür. Belə mühitin uzun müddət davam etməsi sonda cəmiyyətdə korrupsiya ilə bağlı neqativ çaları adiləşdirir, onu əhəmiyyətsiz bir faktor olduğunu ortaya qoymuş olur. Belə cinayət (korrupsiya) heç bir şüurda və davranışda ictimai qınaq yaratmır və nəticədə hamı onu mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi dərk etməyə və mənimsəməyə başlayır. Bu isə olduqca zərərli bir tendensiyadır və cəmiyyətin ictimai şüurunu iflic edən faktordur.
Rüşvətxorluq bizim mental dəyərlərimizdə deyil, saxta mentalitet formalaşdırmağımızdadır. Bizdə belə bir saxta tezis dövriyyəyə buraxırlar ki, rüşvətxorluq bizim mentalitetimizlə bağlı məsələdir. Əslində, bu korrupsiya sisteminə arxalanaraq idarəetmədə bu prinsipi seçənlərin özünübəraət cəhdidir. Belə praqmatik özünübəraət cəhdi millətin milli kimliyini ləkələməkdir.Ona görə, belə saxta “mentalitet” xəstəliyini heç vəclə yaxın buraxmaq olmaz. Avropanın indi korrupsiyanın qavrama indeksinə görə uğurlu ilk yerlərini tutan dövlərinin keçmiş tarixlərinə və epoxalarına diqqət etsək, görürik ki, həmin ölkələrdə hətta qadın ticarəti leqal olub, ağlagəlməz korrupsiya virusları kütləvi olub və s. Amma yaradılan rejimlər siyasi mahiyyətinə və demokratik təsisatına adekvat olaraq cəmiyyəti bu “xərçəngdən” təmizləyə bilib və ölkələrini dünyanın ən sivil xalqları sırasına qata biliblər. Amma indi onlar heç mənfi reputasiyalı keçmişini əsas gətirib, millətlərinə belə yarlığı yapışdırmağı özlərinə rəva görmürlər. Müxtəlif tədqiqatlar göstərir ki, hansı milli kimlik göstəricilərindən asılı olmayaraq dünyada insanların və xalqların milli xarakterləri prinsipcə oxşardır, onları fərqli edən məhz rejim fərqləridir. Necə deyərlər, yaxşı rejim yaxşı xalq, pis rejim isə yaxşı inkişafı olmayan xalq yetiərcək. Uzunmüddətli tədqiqatlar göstərir ki, şərait dəyişəndə münasibətlər sistemidə dəyişir. O baxımdan gəlin cəmiyyətlərdəki inkişafı və korrupsiyadan uzaqlığı xalqların vicdan əmsalının yüksək və ya aşağı olması ilə əlaqələndirməyək. Ona görə xalaqımızın mental dəyərləri bağlı yalnız mənfiliklərdən danışmayaq, çünki, pis sistemdə yaxşı insan axtarmaqda ciddi nəticə verməyək. Sistemi sağlamlaşdırmaq və produktiv etmək lazımdır. Yalnız belə sistemlər yaxşı insan yetirməsində və təşviq edilməsində maraqlı ola bilər.
Siyasi iradə olmasa, korrupsiya aradan qalxmayacaq
Korrupsiya ilə mübarizə siyasi iradəsiz mümkün deyil. Antikorupsiya tədbirləri təkcə qanunveriliciliyin, insitutsional idaəetmənin yaratdığı pozğunluq deyil, o həmdə siyasi iradəyə möhtac məsələdir. Heç bir antikorrupsiaya proqramı ruhən korrupsiya əleyhinə olan komandası və hökumət başçılarının siyasi iradəsi mümkün olmadan həll edilə bilməz. Dünyada çoxsaylı misallar çəkə bilərik. Elə qonşumuz Gürcüstan buna olduqca parlaq misal ola bilər. Azərbaycandan da daha ağır korrupsiya burulğanında çabalayan Gürcüstanda ədliyyə naziri işlədiyi dövrlərdən start verdiyi indiki prezidnet Saakaşvili axırda bunu çox parlaq sonluqla başa çatdıra bildi. Bundan başqa uzaq Sinqapuru götürək. Siyasi iradənin məhz güclü təsiri hesabına son 30 ildə elə bir sürətli antikorrupsiya islahatları həyata keçirildi ki, indi ölkədə korrupsiya demək olar ki, yoxdur. Məhz onun hesabına əhalisi varlı və təhsil səviyyəsi olduqca yüksəlib. Sinqapurun maraqlı təcürbələrindən biri də o idi ki, orada yüksək vəzifə sahibləri korrupsiya andı içmələridir. Bu Sinqapurdakı antikorrupsiya uğurları üçün önəmli faktor idi. Düzdür, Konsitutsiyaya və Qurani-Kərimədə and içib öhdəliklərdən imtina etmək olar. Amma vəzifəli şəxslərin bu andı içməsi mahiyyət və mənəvi baxımdan fərqli prosedurdur, amma korrupsiya andı eyni zamanda hüquqi öhdəlik məzmunundadır. Yəni, bu andla bunun cinayət olduğunu və onun bu cinayətə rəvac verməyə haqqı olmadığını ortaya qoymuş olur. Hər bir andiçmə hüquqi məsuliyyət doğursada, eyni zamanda mənəvi-əxlaq anlayışdır. Pozulmamış əxlaqın hüquqdan üstünlüyü isə az deyil. O baxımdan həm hüquqi, həmdə mənəvi kimlik olduqca vacib keyfiyyərlərdir.
Bizə kommunal korrupsiya yox, fundamental səviyyədə olan antikorrupsiya tədbirləri lazımdır. Bizdə son 3 ayda start verilən antikorrupsiya ilə mübarizə kommunal, məişət səviyyəsində olan korrupsiya tədbirləridir. Mənzil istismar idarəsində arayışı pulsuz almaq,notariat kontorunda adı sənədi az məbləğlə əldə etmək hələ bu tədbirlərin əhatəliyi deyil. Ölkədə ictimai vəsaitlərin maliyyə axın kanallarını təqib etmək, onlar üzərində nəzarət mexanizmlərini sərtləşdirmək, büdcə oğurluqlarının qarşısını almaq, neft pullarının sosial layihələrə xərclənməsi zamanı korrupsiya faktlarının aradan qaldırılmaq, beynəlxalq maliyyə qurumlarından alınan kreditlərədn səmərəli istifadəni optimallaşdırmaq, korrupsiyaya rəvac verən şəxslərin vəzifələrindən kənarlaşdırmaq və bu istiqamətli digər tədbirləri əhatə etməyincə, böyük miqyaslı və qlobal xarakterli antikorrupsiya tədbirlərindən danışmağa dəyməz.


