
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 8-də olub. Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə (oğurluq, təkrar törədildikdə) axtarışda olan 1987-ci il təvəllüdlü Azər Qəmbərli özünü asıb.
Belə ki, martın 8-də saat 16 radələrində Səbayel Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılan A.Qəmbərli özünü öldürmək üçün dəsmaldan istifadə edib. O, əl-üz dəsmalını hissələrə bölərək kəndir şəklinə salıb və havalandırmanın dəmir barmaqlığından özünü asaraq intihar edib.
Səbayel polisindən faktı təsidlqəyiblər. İş üzrə araşdırma aparılır.