Dünyanın ən güclü avtomobili satışa çıxarılır FOTO

Koenigsegg avtomobil şirkəti  Cenevrə avtosalonunda ən güclü və möhkəm avtomobili olan Regera modelini nümayiş etdirib. Sportkarın dizaynı One:1 modelini xatırladır. Meqakar 1341 at gücünə sahibdir. Avtomobil saatda 100 km sürəti  2,8 saniyəyə, 250 km sürəti 3,2 saniyəyə yığır. 
Yeni modelin adına RS əlavə edilib. Regera tezliklə satışa çıxarılacaq. Cenevrə avtosalonunun izləyiciləri Regeranın hibrid variantı olan V8 mühərrikli Koenigsegg Direct Drive modelini də ilk dəfə burada görüblər. Bu avtomobillər istehsalçı tərəfindən yolların hökmdarı adlandırılır.