“Gələcəyin muzeyi” VİDEO

Dubayda "Gələcəyin muzeyi" açılacaq. Muzey "Emirates Towers" qüllələrində yerləşəcək və 2017-ci ildə açılacaq.

Muzeyin Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubayın başçısı şeyx Məhəmməd bin Rəşid əl Maktum açıqlayıb.

Onun sözlərinə görə, muzeydə dünyanın ən vacib innovasiya texnologiyaları nümayiş etdiriləcək.

Tikilidə eləcə də elmi konfranslar, kurslar və master-klasslar keçiriləcək.

Muzeyin şüarı belədir: "Gələcəyə bax və yarat" (ans press).