Neftin qiyməti ötən günə nisbətən 1,85 dollar/barel azalıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 61,33 dollar/barel təşkil edib.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, neftin qiyməti ötən günə nisbətən 1,85 dollar/barel azalıb.
Dünya bazarlarında isə neftin qiymətində bahalaşma qeydə alınıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar artaraq 51,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar artaraq 60,59 dollara yüksəlib. (ans)


