Nemət Əliyev: «Meqa layihələrin» reallaşmasına bu qədər vəsaitin ayrılması Azərbaycan kimi ölkələr üçün yolverilməzdir»
Manatın devalvasiyaya uğraması Azərbaycanı çətin duruma salıb. Çünki neft gəlirlərinin azalması fonunda, ölkənin hasilatı da kəskin şəkildə aşağı düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları fevraldakı devalvasiyadan qabaq manatın kursunun saxlanmasına yönəlmişdi. Yürüdülən bu siyasət 2014-cü ilin dekabr və 2015-ci ilin yanvarında ümumilikdə 2.3 milyard dollara başa gəlmişdi. Nəticədə Mərkəzi Bank iki ay müddətində ehtiyatının 15 faizini xərcləməli oldu.
Maliyyə vəsaitlərinə ehtiyac duyulduğu bir məqamda düşünülə bilərdi ki, Azərbaycan hakimiyyəti bəzi xərclərdə qənaətə başlayacaq. Amma statistik rəqəmlər tam fərqli mənzərə yaradır.
Bir neçə ay sonra keçiriləcək Olimpiya Oyunları Azərbaycana baha başa gələcək. Öncə onu qeyd edək ki, Azərbaycan bu yarışmadan heç bir xeyir götürməyəcək. Amma Azərbaycan hökuməti bu yarışların təşkilinə 2013-2015-ci illərdə bir neçə istiqamətdə vəsait ayırıb. Birinci vəsait birbaşa “Avropa Oyunlarının təşkili” bölməsi adı altında 2,3 milyard manat (2014-cü ildə 1 milyard, 2015-ci ildə 1,3 milyard manat) yönəldilməsi planlaşdırılır (“Bizim Yol”).
Ikinci istiqamət isə investisiya xərclərinin bölgüsündə Gənclər və Idman Nazirliyinə ayrılan vəsaitlərdir.
Hazırda Bakıdakı bütün idman komplekslərində ciddi hazırlıqlar gedir. Istifadədə olan Heydər Əliyev adına Idman-Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Sərhədçi Idman Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Şəfa” Stadionu müasir standartlara cavab verir. H.Əliyev adına Idman-Konsert Kompleksi bir neçə il öncə əsaslı təmir olunmasına baxmayaraq, Avropa Oyunları ilə əlaqədar yenidən əsaslı təmirə dayandırılıb.ÿ
2013-2014-cü ilin investisiya xərclərindən Gənclər və Idman Nazirliyinə 1,3 milyard manat ayrılıb.(2013-cü ildə 336,4 milyon, 2014-cü ildə 922,2 milyon manat). 2015-ci il üzrə isə heç bir məlumat yoxdur. Büdcə sənədlərə əsasən onu deyə bilərik ki, ötən il nazirliyə ayrılmış vəsaitin 370 milyonu sırf Avropa Oyunları üçün nəzərdə tutulub.
Hazırlıq işlərinə xərclənən milyonlar
2014-cü ildə ayrılan bu vəsaitlə aşağıdakı infrastruktur layihələri həyata keçirilir:
– Stend Atıcılığı üzrə Idman Kompleksinin sökülərək yenidən qurulmasına 70 milyon manat;
– Heydər Əliyev adına Idman-Konsert Kompleksinin əsaslı təmirinə 36,7 milyon manat;
– Əl Oyunları Sarayının əsaslı təmirinə 27 milyon manat; ÿGimnastika Kompleksinin yanında məşq zalının və köməkçi qurğuların tikintisinə 7,2 milyon manat;
– Avropa Oyunları Parkının tikintisi (su polosu, çimərlik voleybolu, çimərlik futbolu, basketbol meydançası) – 150 milyon manat;
– Kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Stadionda müvəqqəti qurğuların qurulmasına 7,6 milyon manat;
– ÿBoks, qılıncoynatma, karate, taekvando, voleybol idman növləri üzrə yarışların keçirilməsi üçün Bakı Billur Sarayda arakəsmələrin qurulmasına və müvəqqəti qurğularla təchizatına ÿ9,5 milyon manat;
– Kanoye idman yarışının keçirilməsi məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris Idman Mərkəzində əlavə ÿişlərin yerinə yetirilməsinə 9,5 milyon manat;
– BMX-Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisinə 4,7 milyon xərclənməsi planlaşdırılır.
Çox güman ki, bu layihələrin bir qisminə 2015-ci ilin dövlət büdcəsindən də vəsait ayrılacaq.
Bütün bunlarla yanaşı, büdcədə bəzi xərclər var ki, Avropa Oyunları adı altında ayrılmasa da, bu yarışlar üçün nəzərdə tutulduğu aydındır. Belə ki,
– Böyükşor ərazisində 65 min nəfərlik Olimpiya Stadionunun tikintisinə 480 milyon manat
– Su Idman Sarayına 230 milyon manat;
– Gimnastika Kompleksinə 167 milyon manat.
Xərclər 2015-də 5 milyarda çata bilər
Beləliklə, dövlət büdcəsindən 2013-2015-ci illərdə görünən birbaşa xərclər 3,5 milyard manatı təşkil edəcək. 2015-ci ildə Gənclər və Idman Nazirliyinə əlavə vəsaitin də nəzərdə tutulacağını nəzərə alsaq, bu rəqəm 4 milyard manata çata bilər.
Bundan əlavə, Avropa Oyunlarına hazırlıq məqsədilə dolayısı xərclər də mövcuddur. Belə ki, tikilən idman obyektlərinin ətrafında salınan yol infrastrukturuna dair xərclər Nəqliyyat Nazirliyinin, yaşıllaşdırma isə Bakı Şəhər Icra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sferasına daxildir. Təkcə onu bildirək ki, Bakı şəhərində yeni tikilən və ya əsaslı təmir olunan infrastruktur obyektlərinin ətrafında abadlaşdırma, işıqlandırma işlərinin qurulmasına, dövlət tədbirlərinin keçirilməsi üçün binaların layihələndirilməsinə Bakı Şəhər Icra Hakimiyyəti üçün 2013-2014-cü illərdə 214 milyon manat ayrılıb. Bu ilin xərcləri mətbuata açıqlanmadığından ümumi vəsaitin nə qədər təşkil edəcəyi dəqiq bilinmir. Amma ümumi xərclərin 5 milyard manatı ötməyəcəyini demək olar.

Nələr etmək olardı?
Bəs Azərbaycanın xərclədiyi bu qədər vəsaitə ölkənin real inkişafı üçün hansı addımları atmaq olardı? Maliyyə vəsaitlərinə ciddi ehtiyacın yaşandığı bir zamanda bu formada bədxərclik necə dəyərləndirilməlidir?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, idman komplekslərinin tikintisinə, “meqa layihələrin” reallaşmasına bu qədər vəsaitin ayrılması Azərbaycan kimi ölkələr üçün yolverilməzdir. N.Əliyevin sözlərinə görə, əgər Azərbaycanda normal ölkə rəhbərliyi olsaydı, o zaman bu cür bərdxərcliyə yol verənlərlə bağlı cinayət işi başladardı: “Maliyyə vəsaitlərini gəlirlərin olması üçün xərcləmək lazımdır. Ancaq həmin maliyyə vəsaitləri xərclənərkən ilk növbədə onun iqtisadi səmərəsi hesablanmalıdır. Bir müddət əvvəl Azərbaycanda ”Eurovison" yarışması baş tutdu. Tədbirin keçirildiyi “Kristal-Holl”a külli miqdarda maliyyə vəsaiti xərcləndi. Bu layihədən Azərbaycan nə qədər gəlir götürüb? Heç bir gəlir olmayıb. Heç bilinmir ki, xərclənən maliyyə vəsaitləri nə zaman geri dönəcək. Eyni zamanda Avropa Oyunları üçün xərclənən vəsaitlər də geri dönməyən vəsaitlərdir".
N.Əliyevin sözlərinə görə, Azərbaycan eyni zamanda yarış iştirakçılarının və köməkçi heyətin bütün xərclərini qarşılayır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycana bu yarışdakı qədər heç zaman turist gəlməyib. Ölkənin yarışla bağlı gəlir əldə etməsi indi yarana bilərdi. Amma Azərbaycan hakimiyyəti bu fürsəti də əldən verir: “Hakimiyyət özünün maraqlarına görə yarışdan gəlir əldə etməyi də güdaza verib. Bu qədər xərcləmələr azmış kimi hakimiyyət yarışdan cüzi gəlir əldə etməkdən belə imtina edir. Halbuki qeyri-istehsal sahələrinə ayrılan vəsaitlər hesabına qeyri-neft sektorunu inkişaf etdirmək olardı. Amma vəsaitlər tam başqa istiqamətə xərclənir. Bu dövlət vəsaitlərinin talanması anlamına gəlir. Bu ona görə baş verir ki, dövlət vəsaitinin qorunmasına cavabdeh olan qurumlar öz vəzifələrinin öhdəsindən gəlmirlər”.
N.Əliyev vurğuladı ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdirə biləcək sahələrin olmaması dövlətin vəsaitlərini istehsal deyil, qeyri-istehsal sahələrinə yönəltməsidir: “Elə bir sahə yoxdur ki, Azərbaycan hökuməti ona arxayın olsun. Qeyri-istehsal sahələrinə yönəlmiş vəsaitlərin ən azı yüzdə birini emal sənayesinə yönəltmək mümkün olsaydı, ölkənin iqtisadi görnüşü tam fərqli olardı”.
Xəyal