Sabir Rüstəmxanlı Misir Mərdanovu “vurdu”

Parlamentin dünənki iclasında deputat Sabir Rüstəmxanlı bəzi rayonların ucqar kənd məktəblərində yol verilən qanunsuzluğa diqqət çəkib.

Deputatın sözlərinə görə, şəxsən özü şahidi olub ki, bir sıra ucqar məktəblərdə müəllimlərin adı işdə gedir, özləri isə Bakıda və digər yerlərdə müxtəlif fəaliyyətlə məşğuldurlar.
Deputat bu tendensiyanı ümumtəhsil sahəsi üçün ciddi nöqsan adlandıraraq aidiyyatı orqanlardan ölçü götürülməsini tələb edib.
S.Rüstəmxanlı deyib ki, adı məktəbdə olan, özü isə başqa yerlərdə işləyən müəllimlərlə direktorlar sövdələşməyə gedərək belə bir qanunsuzluğa yol verirlər. Nəticədə təhsilə, yetişməkdə olan gələcək nəsilə ciddi zərbə vurulur.