Şahvələd Çobanoğlu 2 saat yarım istintaqda dindirildikdən sonra saat 18.30-da azad buraxılıb. Jurnalist Amerikanın Səsinə bildirib ki, müstəntiq onun vergi öhdəliklərini yerinə yetirməsinin yoxlanacağı ilə bağlı məhkəmə qərarınlı təqdim edib.
"Mənə vergi əməkdaşını təqdim etdi. Bildridi ki, səyyar vergi yoxlaması aparacaqlar. Sənədlərin siyahısını təqdim etdilər və 15 gün müddətində həmin maliyyə sənədlərini təqdim etməyimi bildirdilər. Bunlar AzadlıqRadiosu ilə bağlıdır", Çobanoğlu qeyd edib.
Jurnalist bütün vergi öhdəliklərini yerinə yetirdiyini bildirib. "Bu siyasi qərardır və AzadlıqRadiosuna qarşıdır", o deyib.


