“Oskar”ı bu hala saldılar

"Plastic Jesus" ləqəbli küçə rəssamı Hollivud bulvarında kokain iyləyən "Oskar" heykəlini yerləşdirib.

Qərb KİV-lərinin verdiyi məlumata görə, rəssamın işi "Hollivudun ən yaxşı partisi" adlanır. O, bununla ABŞ-ın kino aləmində kokaindən istifadə ilə mübarizə aparmaq istəyir. Heykəl fevralın 22-də "Oskar"ın təqdimatının keçiriləcəyi "Dolby" kinoteatrı yaxınlığında yerləşir.

Qeyd edək ki, "Plastic Jesus" ötən il heroinlə mübarizə çərçivəsində əlində venasına şpris yeridən "Oskar" heykəli hazırlamışdı ("Trend").