1 aya 552 milyon dollar itirmişik

Neftin qiymətinin ucuzlşaması ilə Azərbaycanın xam neft satışından əldə etdiyi gəlirlər azalıb. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə Azərbaycan 2015-ci ilin ilk 1 ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib. Bu da 2014-cü ilin Yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar azdır. Ötən ilin Yanvarında təxminən 1,618 milyard manatlıq xam neft ixrac olunmuşdu.
 
Qeyd edək ki, Azərbaycan ötən ilin Yanvarı ilə müqayisədə gömrük bəyannamələri əsasında xam neft ixracını 1,937 milyon tondan (2014-ün Yanvarı) 2,356 milyon tona (2105-in Yanvarı) artırıb. 2015-ci ildə Azərbaycanın cəmi ixracı 1,278 milyard dollar təşkil edib. İxracın 83,4%-ni xam neftin hesabına təmin olunub.