ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Minsk sülh razılaşmasını məmnuniyyətlə qarşıladıqlarını, lakin Rusiyanın sülhə bağlılığını sübut etməsinin lazım olduğunu bildirib. O bu istiqamətdə Rusiyaya yönəlik tələbərini də səsləndirib: "Separatçıları silahlandırmağa son verin. Sərhəd zonasına yüzlərlə ağır hərbi texinka və əsgərlərinizi göndərməyi durdurun. Etdiyiniz əməlləri etmirmiş kimi görünməyin".
Pauer daha sonra bildirib: "Rusiya razılaşmaları imzalayır, sonra imkanı daxilində bu razılaşmaları baltalıyır. Rusiya xalqların suverenliyini dəstəkləyir, sonra da qonşusunun sərhədləri yoxmuş kimi davranır. Səfir eyni zamanda, Ukraynaya hücumların arxasında durub, sülh müqaviləsini önə çəkməyin “ironik” olduğunu da bildirib.

ABŞ-ın vitse-prezidenti Co Bayden isə Rusiyanı açıq hədələyib: "Əgər Rusiya 12 fevralda imzalanan Minsk razılaşmasını pozmaqda davam etsə, bunun Rusiya üçün əvəzi ağır olacaq".
azadliq.info


