ÇL – 1/8: ilk oyun günündə qalib olmadı

Fevralın 17-də Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başlayıb.

İlk gündə 2 oyun keçirilib. 

Fransa çempionu PSJ öz meydanında İngiltərənin Çelsi klubunu qəbul edirdi. Oyun 1-1 hesablı bərabərliklə başa çatdı. Qolları Çelsinin heyətində ivanoviç, PSJ-də isə Kavanı vurdu. 

Digər görüşdə isə Ukraynanın Şaxtyor klubu Almaniyanın Bavariya komandasını qəbul edirdi. Bu oyunda hesab açılmadı.