2015-ci il fevralında dünyada ali məktəblərin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada tanınması ilə bağlı araşdırma aparılıb. Webometrics təşkilatının apardığı araşdırmanın nəticələri elan olunub. Dünya ali məktəbləri içində Azərbaycan ali məktəbləri də öyrənilmiş, tədqiq olunub. Reytinq cədvəlində Xəzər Universiteti Azərbaycandan olan ali məktəblər sırasında birincidir.
Qeyd edək ki, Webometrics universitet kitabxanalarının reytinqini də elan edib. Xəzər Universiteti kitabxanası Azərbaycanda 1-ci, Mərkəzi-Şərqi Avropa kitabxanaları reytinqində isə 70-ci yerdə qərar tutub.
Xəyal