Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın yaydığı məlumata görə, iclasda bir-iki cari məsələ və "iqtidar-müxalifət dialoqu" adı altında keçirilən görüş müzakirə olunub.
Məlumatda deyilir ki, Müsavat hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırılacağı təqdirdə partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib.