AB Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Daha 19 fiziki və 9 hüquqi şəxsin adı qara siyahıya salındı

Avropa Birliyi (AB) Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaları genişləndirərək, "qara siyahıya" əlavə olaraq 19 fiziki və 9 hüquqi şəxsin adını daxil edib. Sanksiya siyahısına daxil edilənlərin adı AB-nin rəsmi məcmuəsində dərc edilib.

Siyahıya o cümlədən Rusiya Müdafiə Nazirliyinin üç nümayəndəsi də daxil edilib – nazir müavini Anatoli Antonov, birinci müavin Arkadi Baxin və Baş qərargah rəisi Andrey Kartapolov.
 
"Qara siyahıya" adı düşənlər arasında populyar müğənni və Dövlət Dumasının deputatı İosif Kobzonun da adı var.
Sanksiayaya eləcə də Ukraynanın şərqində özünü birtərəfli qaydada elan edən tanınmamış respublikaların və "Novorossiya" ictimai hərəkatının nümayəndələri məruz qalıb.
 
"Qara siyahı"ya adı düşən şəxslərə AB-ə gediş-gəliş qadağan olunmaqla yanaşı onların AB-da aktivləri də dondurulub.