Türkiyəni qarışdıran cinayət FOTO

 
Ərdoğan reaksiya verdi, insanlar küçələrə axışdı
 

Türkiyənin  Mersinin şəhərinin Tarsus mahalında Universitet tələbəsi 20 yaşlı Özgəcan Aslanın qətlə yetirilərək yandırılması,  Türkiyəni ayağa qaldırıb. Üç günlük axtarışdan sonra cəsədi aşkarlanan Özgəcanın, fevralın 14-də Mersində reallaşan dəfn mərasiminə minlərlə insan qatılıb.
 

 
Özgəcanın anası Songül Aslan, çətin olsa da qızı haqqında bunları deyib: "Qızım mənim, mələk üzlü bəbəğim mənim. Qəlbi təmiz, ürəyi təmiz, hər kəsə yaxşılıq edən mələyim mənim. Qızım psixologiyanı bitirib özünə iş yeri açmaq istəyirdi”. Özgəcanın cənazəsini qəbiristanlığa qadınlar gətirib və onlar da dəfn edib.
 
 
 
Bu arada Özgəcanın atası "gəlinliyini gətirin", deyərək tabuta sarılıb. Qızını öldürənlərə ən böyük cəza tələb edən ana, onların asılmasını tələb edib:
 
 
"Günahsız bir qızı vəhşicəsinə öldürənlər mənim qızımdan betər olmasını istəyirəm. Bu qanın yerdə qalmamasını istəyirəm. Edam etsinlər bu adamları". Bu arada, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan mikroavtobus sürücüsü Süphi Altıntökən, cəsədin yandırılmasına yardımçı olan  atası Nəcməddin  Altıntökən və yoldaşları Fatih Gökçənin yaxalandğı və istintaqa təhvil verildiyi bildirilir.
 
 
Artıq saxlanılan avtobus sürücüsü Özgəcana təcavüz etdikdən sonra gənc qıza bibər qazı sıxmasını və bıçaqla qətlə yetirməsini etiraf edib. Eyni zamanda, qatilin atasının və yoldaşı Fatif Gökçənin də cinayətdə iştirakçı olduqları müəyyən olunub. Belə ki, istintaqa ifadə verən qatil Süphi Altıntökən, hər iki şəxsin qətildən sonra Özgəcanın cəsədinin meşədə yandırlımasına yardımçı olduqlarını etiraf edib.
Cinayətin  əsas iştirakçısı Süphi Altıntökənin daha bir qan donduran əməli isə, qətlə yetirdiyi gənc qızın əllərini kəsməsi olub. Süphi Altıntökən, bu əməlini Özgəcanın ona müqavimət göstəridiyi zaman sifətini və bədəninin müxtəif yerlərini dırnağı ilə cırması olub. Qatil hesab edib ki, qətlə yetirdiyi gənc qızın dırnağları arasında qalan qan nümunələri, qatilin müəyyənləşməsi üçün əsas ola bilər. 
 
 
Mersin Vəkillər Birliyi isə Özgəcan Aslanınn qətlində şübhəli bilinənləri müdafiə etməkdən imtina edib.
 
 
Özgəcanın vəhşicəsinə öldürülməsinə Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan başda olmaqla, bir çox sənət adamları, siyasətçilər reaksiya verib. Türkiyə prezident sarayından verilən məlumata görə, əvvəlcə Prezident Ərdoğan, daha sonra həyat yoldaşı Əminə Ərdoğan telefon  açaraq Özgəcan Aslanın ailəsinə başsağlıqı veriblər.
 
 
Ərdoğan cütlüyü  Özgəcanın anası Songül Aslanla telefon danışığı zamanı baş verən dəhşətli cinayəti şiddətlə qınadıqlarını və gənc qızın vəfatından son dərəcə təsirləndiklərini ifadə edərək, mərhuməyə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr və mətanət diləyiblər.
Prezidentin Ərdoğanın qızları isə Özgəcanın yas mərasiminə qatılıb.
 
 
 
Bundan başqa, Özgəcan Aslanın vəhşicəsinə işlənən cinayət nəticəsində öldürülməsi İstanbul və Tarsus şəhərləri başda olmaqla, Türkiyənin müxtəlif  şəhərlərində “Özgəcan üçün ədalət istəyirik”, “Qadın cinayətlərini durduracağıq” və “Qadın qatillərindən hesab soracağıq” şüarları altında yürüşlər keçirilib.
 
 
Yürüşə dəstək verənlər arasında sənətçi Demet Akalın, CHP İstanbul millət vəkili Melda Onur kimi isimlər də olub.
 
 
CHP-li millət vəkili Melda Onur, artan qadın cinayətlərindən dolayı hökuməti ittiham edib.